ümumi, qələmə qüvvət, yazırıq

Ad tapılmayan yazı

Gecəyə yaxın görünən 2-3 lampa işıltısını zənn eləmisən ki, gün çıxır, səhərdir. Yalan danışma, biz bilirik axı, heç kimin ruhuna baxmaq ağlına gəlməzdi. Ritmi tutdurub üz qoynunda  mahnıların, rəqs et yorulanacan. Mahnılar dönüb-dursun beynində, dəli görsünlər səni axır vaxtacan. Doğulmaqla ölüm arasında incə xətt var  axı, o xətti tapdalamaq yaraşarmı? Cəsarət səni izləyər. Nə ciddidir bu… Continue reading Ad tapılmayan yazı

ümumi, qələmə qüvvət, yazırıq

Ciblərində bulud daşıyan uşaq

Sarı və yaşıl nə vaxt birləşib mavi olursa,Yarpaqlar tökəndə bütün güclü ağaclar, Qış qayıdanda yay üçün heç darıxmadığın qədər darıxmaq var imiş işin sonunda. Buludları özünə pilləkən etdiyin zamanlar, bir də o hər dəfə yanından keçdiyin rəngli velosipedlərə sahib olsan, Hər evə qayıdanda səni boş sükut yox, Yemək iyi qarşılasa. Kaş yuxular bir az aydın… Continue reading Ciblərində bulud daşıyan uşaq

ümumi, qələmə qüvvət, yazırıq

Təzadlar

Məsələn deyirəm,ovuclarında qalmış 1 tutam saçı küləyə verə bilərsən. Hər gün - yazın ən çəhrayı günlərində ora-bura sallanan ağ pərdələr kimi xışıltılı səs çıxaran, səni ağladan saçları üfür getsin küləyə. Sarı küçələr görünür gözümə, gözümə sarı küçələr görünür, lakin yalnız sən keçə bilərsən ordan. Bütün qaranlığınla. Məsələn deyirəm, sevinsən, ən dərin yuxularınla. Şeirlər yazılır, bax… Continue reading Təzadlar

ümumi

Pəncərə, pəncərə { 2 }

Pəncərələr.Qardan sonra üşüyən, Yağışdan sonra qurulanan,  Günəşdən qaçıb Günəşə sığınan, Nə yerdə, nə göydə olan. Çox vaxt da tək qalan Ümmanların sahili, kədərlərin limanı. Küllərin tünd qoxusu Külək geri vurarkən daha da ağırlıqlarını oturub ayağını aşağıya sallayan  bir uşaq qədər məsum. Pəncərələrdir yaxın qonşumuz, Uzaq qohum və məhəllədəki hansısa bir yaşlı kişi. Küləklərlə yaxın dost,… Continue reading Pəncərə, pəncərə { 2 }

ümumi, qələmə qüvvət, yazırıq

Görünsə

Nifrət etməklə düşmənlik eynidirsə,Partlayan bombaların bir səbəbi olmalıdır,  Hansı ki onlar elə hey ən yeni repertuarlarından mahnılar səsləndirirlər bütün ictimai yerlərdə. Etik normaları pozurlar vəhşicəsinə, günahlandıran heç yox. Dünyanın da xətaları heç döyülmür, bombalanmış şəhərlər isti görünmür. Əlində oyuncağıyla dünyaya göz yuman uşaq  nə xoşbəxtdir!  Oyuncağını son anacan qardaşına vermədi, Uşaqlıq xatirəsindən heç əl çəkmədi.… Continue reading Görünsə

ümumi, qələmə qüvvət, yazırıq

Sən nə gözəlsən

Dən düşüb. Yana doğru daranmış ağ saçların nə gözəldir. Üzündəki qırışlar necə gözəl düzülüb,  Sən nə gözəlsən. İşıqlar altda yellənən ağac budaqlarıdır sənə heyran,  Və sənsən özünə əzab edən, Və sənsən gülüşünü qırışları kənarında gizlədən, Və  sənsən  gəncliyindən qaçan.  Soyuq havalarda üşüyürsənmi? Gözlərinin dərinliklərindən mənə baxan tanış insana isti paltarlar geydirirsənmi? Və sənsən,  o səmimi… Continue reading Sən nə gözəlsən

ümumi, qələmə qüvvət, yazırıq

Bitəcəklərin siyahısı

Başladılan cümlələr bitmir daha. Nöqtələri qoya bilmirlər doğru yerlərə.  Nöqtələr vergüllərlə ötüşür,  Sığa bilmirlər göylərə.  Onlara məcburiyyət kimi  Görünmədi sözlər...                       Sözlər.              Yarım qalmış bir para çətinliklər. Qəlb ağrısı göynədir tez-tez, nöqtələr basılır yaralara. Evlərin işıqları sağdan-sola fırlana-fırlana  Dövr vurur ətrafda,… Continue reading Bitəcəklərin siyahısı

ümumi, qələmə qüvvət, yazırıq

Üşüməsən, qışı sevə bilməzsən

Bəzən çətin gəlir, bilərsənmi o boşluğu? Bəzən həqiqətən də çətin gəlir.  Amma bəzən sadəcə olaraq gəlir. Sonradan çətinliyini dərk edirsən ki, bu bir sual yaradır: axı nə cürətlə?! Nə cürətlə bu cürə çətin ola bilər bu qədər böyük bir dünya, necə ola bilər ki, vicdanını sığdıra bilməz bu böyüklükdə yerə?  Sığdırıbdır da, bəlkə, bir müddət.  Sonra… Continue reading Üşüməsən, qışı sevə bilməzsən

ümumi, filmlərdən, maraqlar toqquşsa

Schindler’s List

Daha çox insan qurtara bilərdim. Bu maşın, satsam Goethe bu maşını alardı. Niyə satmadım ki bu maşını?On nəfər eliyərdi. On nəfər. On nəfər daha. Bu iynə. İki nəfər. Bu qızıl. İki nəfər. Buna qarşılıq mənə iki nəfər verərdi. Ən azından bir. Mənə bir nəfər verərdi. Bir insan daha. Bir insan, Stern. Bunun üçün... Daha çox… Continue reading Schindler’s List

ümumi, qələmə qüvvət, yazırıq

Anlaşılmağa məcbur qalmış bir neçə şey

Çılpaqlığı ilə üzləşmiş budaqlar üzünü göyə tutub tökülən yarpaqlarını geri istəyirdi. Şam ağacları hökm verirdi: "Yarpaqlarınızla vidalaşdınız!" Əziz yay günlərində gərək qalmadan sevilən o yarpaqlar artıq yerlə bütünləşib budaqlarını tərk etmiş və küləyin sahibkarlığına inandırmışdı özünü. Yarpaqların yaza qalmış azca inamı, birazca sevgisi, tomurcuqlara olan həsrəti toxunurdu qəlblərinə bir qədər. Düz bir yolla avtobus dayanacağına qədər… Continue reading Anlaşılmağa məcbur qalmış bir neçə şey